13 avqust 2024 15:33
452

"Liverpul"dan "Brentford"a

"Brentford" "Liverpul"un hücumameyilli yarımmüdafiəçisi Fabio Karvalyunu transfer edib.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı oyunçu ilə 5+1 illik müqavilə bağlanıb.

Mətbuatda 21 yaşlı oyunçu üçün 23 milyon avro təzminat ödənildiyi yazılıb.

Karvalyu 2022-ci ilin yayında "Fulhem"dən "Liverpul"a keçmişdi.