12 avqust 2024 13:59
416

"Milan"dan "İndependente"yə

"Milan" müdafiəçisi Marko Pelleqrinonu "İndependente"yə icarəyə verib.

“İki sahil” xəbər verir ki, bu barədə Argentina klubunun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə müqavilə 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, 22 yaşlı argentinalı futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Salernitana"da keçirib və o, 10 matçda meydana çıxıb.