Daşkəsəndə şəhid Surxay Məmmədovla vida mərasimi keçirilir.
“İki sahil” xəbər verir ki, Daşkəsən rayon Qabaqtəpə kənd sakini, 1974-cü il təvəllüdlü Məmmədov Surxay Rza oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.
Hazırda şəhidin yaxınlarının yaşadığı evin önündə onunla vida mərasimi keçirilir.
Mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçilər, rəsmilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və çox sayda rayon sakini iştirak edir.
Vida mərasimindən sonra şəhid Gəncə Şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, Surxay Məmmədov 1993-cü ildə Ağdərə rayonunun Mehmanə kəndi ərazisində şəhid olub. O, naməlum şəhid kimi İsmayıllı Şəhidlər Xiyabanında dəfn olunmuşdu.
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşüb
Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb
Qaradağ rayonunda YAP-ın VIII Qurultayında müzakirə olunmuş məsələlərə həsr olunmuş müşavirə keçirilib