31 iyul 2024 13:29
572

“Paris-2024”: Azərbaycan avarçəkəni C finalına vəsiqə qazanıb

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti mübarizəsinə qoşulub.

“İki sahil” xəbər verir ki, idmançımız 6-12-ci yerlər uğrunda 2000 metr məsafəyə fərdi yarışda qüvvəsini sınayıb.

C və D finalına vəsiqələr üçün çıxış edən D. Dımçenko məsafəni 7 dəqiqə 59,23 saniyəyə qət edərək C finalına yüksəlib.