25 aprel 2026 13:36
131

AFFA U-20 dünya çempionatının final oyununun Azərbaycanda keçirilməsinin tərəfdarıdır

AFFA 20 yaşadək futbolçulardan ibarət dünya çempionatının final oyununun Azərbaycanda keçirilməsinin tərəfdarıdır.

“İki sahil” xəbər verir ki, bunu qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O, bu məsələ ilə bağlı Özbəkistan tərəfi ilə danışıqlar getdiyini vurğulayıb:

"AFFA olaraq final matçının ölkəmizdə təşkilinin tərəfdarıyıq. Özbəkistanlı həmkarlarla danışıqlar davam edir".

Xatırladaq ki, U-20 aprelin 26-dək Qəbələdə təlim-məşq toplanışında olacaq. Komanda 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.