25 aprel 2026 16:30
125

"Sabah" Azərbaycan Basketbol Liqasının finalına yüksəlib

"Sabah" Azərbaycan Basketbol Liqasının finalına vəsiqə qazanıb.

“İki sahil” xəbər verir ki, Bakı klubu yarımfinalın ikinci görüşündə "Gəncə"ni səfərdə məğlub edib.

Gəncə İdman Sarayında keçirilən görüş qonaqların 78:73 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə Bakı klubu ilk oyunda da (96:67) qalib gəldiyi üçün finala adlayan tərəf olub.

Qeyd edək ki, yarımfinalın ikinci görüşləri çərivəsində növbəti qarşılaşma sabah "Neftçi" və "Abşeron Lions" komandaları arasında baş tutacaq.