31 iyul 2024 09:20
557

Konfrans Liqası: "Sumqayıt" "Fehervar"a qarşı 

"Sumqayıt" bu gün Konfrans Liqasında cavab oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi səfərdə Macarıstan "Fehervar"ı ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk oyunda "Fehervar" 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Fehervar" - "Sumqayıt" cütünün qalibi növbəti mərhələdə "Omoniya" (Kipr) - "Torpedo" Kutaisi (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. 

31 iyul

Konfrans Liqası,

2-ci təsnifat mərhələsinin cavab oyunu

21:00. "Fehervar" (Macarıstan) - "Sumqayıt" (Azərbaycan)
Baş hakim: Kristoffer Karlsson (İsveç)
Sekeşfehervar, "Arena Şoşto" stadionu
İlk oyun - 2:1