30 iyul 2024 21:53
482

"Qarabağ" parlaq qələbə ilə növbəti mərhələyə yüksəldi

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

“İki sahil” xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Cəbəllütariqin "Linkoln" kollektivini qəbul edib.

Qarşılaşma Azərbaycan çempionunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

17, 31 və 44-cü dəqiqədə fərqlənən Olavio Juninyo het-trik edib. 66-cı dəqiqədə Yassin Benzia adını tabloya yazdırıb. 72-ci dəqiqədə Leandro Andrade baxımlı qolla yadda qalıb.

Səfərdə rəqibini iki cavabsız topla üstəyən "köhlən atlar" növbəti III təsnifat mərhələsinə yüksəlib.

"Qarabağ" bu raundda "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. İlk matçda "Ludoqorets" qələbə qazanıb - 2:0.