30 iyul 2024 21:41
1597

Çempionlar Liqası: "Qarabağ" "Linkoln"un qapısından beşinci topu keçirib

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün baş tutacaq “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) matçının start heyətləri açıqlanıb.

“İki sahil” xəbər verir ki,  Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov ilk oyundakı start heyətinə şans verib.

Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək matç saat 20:00-da başlayacaq.

Komandalar aşağıdakı heyətlə çıxacaqlar:

Qarabağ: Fabian Buntiç, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Toral Bayramov, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo

Linkoln: Santana, İbrahim Ayyu, Bernardo Lopes, Munyos, Sergent, Nano, Yahaya, Torrilla, Valarino, Pedro Martin, Britto.

***

"Qarabağ" və Cəbəllütariqin “Linkoln” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.

Matçın baş hakimi danimarkalı Yakob Sandberqdir.

Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:0.

***

Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında hesab açılıb.

Azərbaycan çempionunun heyətində 17-ci dəqiqədə Olavio Juninyo fərqlənib.

***

Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında ilk hissə başa çatıb.

Azərbaycan çempionu fasiləyə üstün yollanıb - 3:0.

"Köhlən atlar"ın hər üç qolunu Olavio Juninyo vurub.

Braziliyalı forvard 17, 31 və 44-cü dəqiqədə qonaqları məyus edib.

***

Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında növbəti qol vurulub.

Azərbaycan çempionu dördüncü dəfə topu rəqib qapısından keçirib. - 4:0.

66-cı dəqiqədə Yassin Benzia fərqlənib.

***

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələn "Qarabağ" və "Linkoln" (Cəbəllütariq) komandaları arasında oyunda beşinci qol vurulub.

Görüşün 72-ci dəqiqəsində ağdamlıların heyətində Leandro Andrade fərqlənib.