29 iyul 2024 15:50
552

Moldovanı təmsil edən azərbaycanlı cüdoçu da yarımfinala yüksəldi

Moldovanı təmsil edən azərbaycanlı cüdoçu Adil Osmanov “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinala yüksəlib.

“İki sahil” xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda özbəkistanlı Murodjon Yuldoşevlə üz-üzə gəlib. O, bu raunnda rəqibinə qalib gələrək adını 1/2 finala yazdırıb.

Qeyd edək ki, Adil Osmanov öz çəkisində dünya reytinqinin 13-cü pilləsində yer alır. Bu, onun çıxış etdiyi ilk olimpiadadır.