25 aprel 2026 20:24
145

MPL: “Qəbələ”-“Araz-Naxçıvan” yarışında qollu bərabərlik

Misli Premyer Liqasının 29-cu turunda “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edib.

İki sahil” yazır ki, yarışın 76-cı dəqiqəsində Ömər Buludov topu “Araz-Naxçıvan”ın qapısından keçirərək avtoqola imza atıb. 83-cü dəqiqədə isə İssuf Paro bərabərlik qolunu vurub.

Oyun 1-1 hesabı ilə başa çatıb.

Misli Premyer Liqası,

29-cu tur

25 aprel (şənbə)

18:30. “Qəbələ” 1-1 “Araz-Naxçıvan”

Qollar: Ömər Buludov, 76-avtoqol (1:0), İssuf Paro, 83 (1:1)

Qəbələ şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”