29 iyul 2024 15:06
540

Azərbaycan - Slovakiya matçının keçiriləcəyi stadion açıqlanıb

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiya yığması ilə keçirəcəyi ev oyununun yeri müəyyənləşib.

“İki sahil” xəbər verir ki, C Liqasının 1-ci qrupu çərçivəsində oktyabrın 14-də təşkil olunacaq IV turun görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Qarşılaşma saat 20:00-da başlayacaq.