29 iyul 2024 14:55
388

Gimnastlarımız Belarusda 4 medal qazanıb

İyulun 26-dan 28-dək Belarusun Minsk şəhərində keçirilən bədii gimnastika üzrə “Crystal Rose – Helen Valery” qran-pri yarışında Azərbaycan təmsilçiləri 4 medal qazanıb.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, fərdi gimnast Şəms Ağahüseynova top (29,000), gürzlər (28,300) və lent (27,600) proqramlarının hər birindən bürünc medal əldə edib.

Yeniyetmələrin yarışında isə Azadə Atakişiyeva fəxri kürsüyə yüksəlib. O, halqa ilə (29,450) çıxışına görə bürünc medala layiq görülüb. Beləliklə, milli komandamız Minskdə keçirilən beynəlxalq turnirə 4 bürünc medalla yekun vurub.