29 iyul 2024 13:46
445

Paris-2024: Türkiyənin voleybol millisi ilk oyunda əzmkar qələbə qazanıb

Qadın voleybolçulardan ibarət Türkiyə millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk matçına çıxıb.

“İki sahil” xəbər verir ki, "ay-ulduzlular" C qrupunun I turunda Niderland yığması ilə üz-üzə gəlib.

Görüş Türkiyə komandasının əzmkar qələbəsi ilə bitib - 3:2 (19:25, 19:25, 25:22, 25:22, 15:13).

Milli növbəti oyununu avqustun 1-də Dominikan Respublikasına qarşı keçirəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.