28 iyul 2024 14:49
446

“Paris-2024” İdmançılar yeməkdən şikayətlənib

Kristofer Ruhr: Yemək, yumşaq desək, fəlakətdir

Almaniya otüstü xokkey komandası 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında verilən qidaların keyfiyyətindən və kəmiyyətindən narazıdır.

“İki sahil” xəbər verir ki, komandanın üzvü Kristofer Ruhr deyib: “Yemək, yumşaq desək, fəlakətdir. İnanılmaz dərəcədə uzun müddət növbə gözləyirsiniz, inanılmaz dərəcədə az sayda yemək məntəqəsi var. Yeməklərin keyfiyyəti isə o qədər də yaxşı deyil”.