28 iyul 2024 13:16
438

Paris-2024: Azərbaycanın daha bir cüdoçusu turnirlə erkən vidalaşıb

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

“İki sahil” xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Anjelika Delqado (ABŞ) ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan G. Məmmədəliyeva turnirlə vidalaşmalı olub.

Qeyd edək ki, Azərbaycan cüdoçusu Yaşar Nəcəfov da turnirlə vidalaşıb.