Azərbaycanın 18 yaşadək oğlanlar və qızlardan ibarət basketbol milliləri Avropa çempionatının C divizionunda bu gün final matçlarına çıxacaqlar.
“İki sahil” xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi qızlardan ibarət komanda Kosovonun paytaxtı Priştinada təşkil olunan yarışın həlledici mərhələsində ev sahibi yığma ilə üz-üzə gələcək.
Anar Sarıyevin baş məşqçisi olduğu digər yığma Albaniyanın Elbasan şəhərindəki turnirin eyni raundunda Lüksemburqun müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 21:30-da və 21:00-da start götürəcək.