27 iyul 2024 19:44
157

12 nəfər göbələkdən zəhətlənib - Ərzurumda

Türkiyədə 12 nəfər göbələkdən zəhətlənib.

“İki sahil” xəbər verir ki, hadisə Ərzurumun Şükrüpaşa rayonunda baş verib.

Qeyd edilir ki, zəhərlənənlər Atatürk Universiteti Təhsil və Araşdırma Xəstəxanasının təcili reanimasiya şöbəsində müalicə olunub.

Məlumata görə, müxtəlif ailələrdən 9-u qadın olan 12 nəfər küçə satıcısından aldıqları göbələkləri yedikdən sonra xəstələnib.

Xəstələrin 96 saat nəzarətdə saxlanılacağı deyilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”