07 sentyabr 2024 14:54
501

Azərbaycan-İtaliya əlaqələrində yeni dövr başlayır - EKSPERT

Azərbaycanın İtaliya ilə dərin əlaqələri var. Müstəqilliyin ilk illərindən ölkəmizin İtaliya ilə xoş və yaxşı münasibətləri olub. Bütün bu əlaqələrin yaxşılığı mövqeyimizin beynəlxalq platformalarda daim İtaliya tərəfindən dəstəklənməyi ilə nəticələnib”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Tural İsmayılov deyib.

Eskpert əlavə edib ki, bu gün də əlaqələr TAP və Cənub Qaz Dəhlizi kimi önəmli layihələrdə özünü büruzə verir.  İtaliya bizim təkcə ənənvi enerji resurslarımızla deyil, həmçinin alternativ enerji bazarlarında oynayacağımız rolla maraqlanır.  İtaliya şirkətləri Qarabağın yenidən qurulmasında ciddi şəkildə iştirak edirlər. Azərbaycan-İtaliya əlaqələri Qərbə böyük imkanlar yaradır.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin İtaliyaya artıq 3-cü dəfədir səfər edib. Bu səfər əvvəlki səfərlər kimi Azərbaycan-İtaliya münasibətləri kontekstində mühüm məsələlərdən biridir.  Tural İsmayılov bildirib ki, Azərbaycan bütün dünya ölkələri, qütblərlə hərtərəfli  əlaqələri inkişaf etdirir: "Dövlət başçısının bu səfərindən sonra iki ölkə əlaqələrində yeni bir dövr başlayacaq".

Şəmsiyyə Əliqızı, “İki sahil”