Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisində sosial sahənin idarəedilməsi ilə bağlı koordinasiya görüşü keçirilib.
“İki sahil” SOCAR-a istinadən xəbər verir ki, görüş şirkətin aparat rəhbəri Hafiz Zeynalovun və aidiyyəti məsul şəxslərin iştirakı ilə baş tutub.
Görüşdə aparat rəhbəri bu sahənin SOCAR üçün əhəmiyyətindən danışıb, bu xüsusda qarşıya qoyulan hədəflər, strateji layihələr, əməkdaşların rifahının artırılması, habelə sosial tərəfdaşlıq münasibətlərinin qurulması ilə bağlı məlumat verib. İştirakçıların sualları cavablandırılıb, təqdimat dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO