27 iyul 2024 19:30
330

"Paris-2024": İlk qızıl medalı çinlilər qazandı

"Paris-2024" Yay Olimpiya Oyunlarında ilk medal dəstinin sahibləri müəyyənləşib.

“İki sahil” xəbər verir ki, pnevmatik tüfənglə atıcılıq üzrə Çinin qarışıq komandası Olimpiadada ilk qızıl medalı qazanıb.

Finalda Çin idmançıları Cənubi Koreya komandasına 16:12 hesabı ilə qalib gəliblər. Qazaxıstan isə Almaniyanı üstələyərək bürünc medal qazanıb.