27 iyul 2024 19:06
297

Ukraynada həkimlərə zabit rütbələri veriləcək

Ukraynalı həkimlərə hərbi fakültəni bitirməsələr belə, zabit rütbələri veriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevdə keçirilən Hərbi Tibb və Psixi Sağlamlıq üzrə birinci illik beynəlxalq konqresdəki bəyanatında bildirilib.

Zelenski qeyd edib ki, o, hərbi təlim keçməmiş həkimlərə ilkin zabit rütbəsinin verilməsi ilə bağlı fərman imzalayıb.

Xatırladaq ki, 27 iyul Ukraynada Həkimlər Günüdür.