27 iyul 2024 15:10
287

Ombudsman Aparatı və MSK parlament seçkiləri ilə əlaqədar birgə maarifləndirmə tədbirləri keçirəcək

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən birgə maarifləndirmə tədbirləri keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu sözləri MSK sədrinin müavini Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasının iyulun 27-də keçirilən iclasında söyləyib.