SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi “8 mart 8 qadın təqaüd proqramı”nın qalibi olub.
“İki sahil” xəbər verir ki, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Samirə Qəribova təqaüd qazanıb.
“ATL Academy”, “ATL Tech”, eləcə də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşəbbüsü ilə baş tutan proqramın seçim prosesi 3 mərhələdən ibarət olub.
Məqsəd İT və Proqramlaşdırma sahəsində qadınların iştirakını dəstəkləməkdir.
“PAŞA Holdinq” və SOCAR-ın dəstəyi ilə IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzi Azərbaycanda fəaliyyətə başlayır
“Sustainable Fitch” SOCAR-ın ESG reytinqini “3” səviyyəsində saxlayıb, qiymətləndirmə balını yüksəldib