“İki sahil” xəbər verir ki, “Sarı-lacivertli” klubdan verilən məlumata görə, “Can Bartu” təlim-məşq bazasında hazırlıqlara klubun yeni transferi Cenk Tosun da qatılıb.

Baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında keçirilən məşq proqramı İstinmə hərəkətləri, cəldlik, koordinasiya və ötürmə hərəkətləri ilə başladı. Daha sonra futbolçular günü taktiki və fərdi məşqlə başa vurublar.
Məlumat üçün bildirək ki, "Fənərbaxça" “Luqano” matçının hazırlıqları çərçivəsində sabah yerli vaxtla saat 20.30-da “Ülkər” stadionunda İngiltərə çempionatının komandalarından olan "Hall Siti" ilə yoldaşlıq oyunu keçirəcək.