Kişi voleybolçuların Super Liqasında II tura start verilib. Bu gün turun iki oyunu baş tutub.
GİN Voleybol Mərkəzində keçirilən görüşdə “ORDU” komandası “Neftçi” ilə qarşılaşıb. FHN-in idman zalında təşkil olunan digər oyunda isə “Xilasedici” komandası “AZERRAIL” ilə üz-üzə gəlib.
Qarşılaşmaların hər ikisi 3:0 hesabı ilə başa çatıb. “ORDU” komandası “Neftçi” üzərində, “Xilasedici” isə “AZERRAIL” komandası üzərində qələbə qazanıb.
II turun son oyunu oktyabrın 30-da GİN Voleybol Mərkəzində “Murov Az Terminal” və “Gənclər” komandaları arasında keçiriləcək.
Super Liqa (kişilər)
II tur
28 oktyabr
“ORDU” – “Neftçi” 3:0 (25:22, 25:13, 25:20)
Ünvan: GİN-in Voleybol Mərkəzi
“Xilasedici” – “AZERRAIL” 3:0 (26:24, 25:21, 25:20)
Ünvan: FHN-in idman zalı
30 oktyabr
17:00. “Murov Az Terminal” – “Gənclər”
Ünvan: GİN-in Voleybol Mərkəzi