"Real" yeni transferi Kilyan Mbappe ilə müqavilə imzalayıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Mbappe "Real"da 9 nömrəli formanı geyinəcək.
Klub bu gün "Santyaqo Bernabeu" stadionunda fransalı forvard üçün təntənəli təqdimat mərasimi keçirəcək.
Xatırladaq ki, iyunun 3-də "Real" Mbappeni transfer etdiyini açıqlayıb. Futbolçu kluba azad agent kimi keçib. Onunla 5 illik razılaşmanın əldə olunduğu bildirilmişdi.
Bundan sonra mətbuatda hücumçunun maaşının illik 30 milyon avro olacağı, vurduğu qollara görə bonus alacağı və müqaviləsində 1 milyard avroluq təzminat bəndinin olacağı barədə məlumatlar yayılmışdı.