14 iyul 2024 20:29
338

“Reform UK” partiyasının liderindən Trampa dəstək

Böyük Britaniyanın “Reform UK” partiyasının lideri Naycel Faraj ABŞ-a səfər edəcək.

“İki sahil” xəbər verir ki, siyasətçi bu barədə “Teleqraf” qəzetinə yazdığı məqalədə bildirib.

Məlum olub ki, o, ABŞ-da Respublikaçılar Partiyasının Miluoki şəhərində keçiriləcək qurultayında iştirak edəcək: “Mən bunu dostum Donald Trampa dəstək olmaq üçün edirəm”.

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.