13 iyul 2024 17:19
384

Ermənistanın İstintaq Komitəsi erməni tərəfindən döyülən iranlı sürücünü “günahkar çıxardı”

Ermənistan İstintaq Komitəsi İran İslam Respublikası-Ermənistan sərhədində döyülən İran vətəndaşını günahlandırıb.

Ermənistan sərhədçiləri

azərbaycanlı sürücünü

milli mənsubiyyətinə

görə öldürüb

“İki sahil” “Armenpress”ə istinadən xəbər verir ki, fakt üzrə cinayət işi başladıldığını deyən İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan əlavə edib ki, zərərçəkmiş şəxs kimi tanınaraq dindirilən sürücünün məhkəmə tibbi ekspertizası tərəfindən hadisə zamanı sərxoş olduğu müəyyənləşdirilib.

İddiaya görə, döyülmüş sürücü şikayətinin olmadığını bildirib, hadisəni törədən 25 yaşlı Ermənistan vətəndaşı isə polis şöbəsinə gedərək əməlini etiraf edib.

Xatırladaq ki, iyulun 12-də İran-Ermənistan sərhədində yük avtomobilinin əslən azərbaycanlı olan sürücüsü, İran vətəndaşı Amid Quluzadə Ermənistan sərhədçiləri tərəfindən qətlə yetirilib.