“Baş nazir Benyamin Netanyahu gün ərzində Qəzza zolağındakı əməliyyatlarla bağlı gələcək addımları müzakirə etmək üçün hərbi və təhlükəsizlik qüvvələrinin nümayəndələri ilə iclas keçirərək vəziyyəti qiymətləndirəcək”.
“İki sahil” xəbər verir ki, bu barədə hökumət başçısının ofisinin müşaviri Dmitri Gendelman “Teleqram”da yazıb.
Onun sözlərinə görə, İsrailin Baş naziri müharibənin lap əvvəlində HƏMAS liderlərinin aradan qaldırılması əmrini verib.
“Baş nazir bütün son hadisələrdən xəbərdardır və müntəzəm olaraq yeniliklər almağa davam edir”, - deyə Gendelman bildirib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”