13 iyul 2024 13:52
337

Nikol Paşinyan Gürcüstanın müdafiə naziri ilə regional təhlükəsizlik məsələsini müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanın müdafiə nazir İrakli Çikovanini qəbul edib.

“İki sahil” xəbər verir ki, görüşdə Gürcüstanla çoxsahəli əməkdaşlığın dərinləşdirilməsi və inkişafı məsələləri müzakirə olunub.

Məlumata görə, Ermənistanın baş naziri və Gürcüstan Müdafiə Nazirliyinin rəhbəri müdafiə sektorunda və regional təhlükəsizlik sahəsində tərəfdaşlığın gücləndirilməsinə də toxunublar.