13 iyul 2024 13:25
293

MSB: 11 terrorçu zərərsizləşdirilib

Şimali İraqın Hakurk və Qara bölgələrində aşkarlanan 11 PKK terrorçusu zərərsizləşdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.

“Şəhidlərimiz üçün, millətimiz üçün, sevimli vətənimiz üçün dayanmadan və yorulmadan mübarizəmizə bütün gücümüzlə davam edirik! Qəhrəman Türk Silahlı Qüvvələrimiz əməliyyatlarda aşkarladıqları 11 PKK terrorçusunu zərərsizləşdirib. İraqın şimalındakı Hakurk və Qara bölgələrində qətiyyətlə davam etdirdiyimiz əməliyyatlarımız son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək”. deyildi”, - deyə MSB-nin məlumatında bildirilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”