Türkiyənin Meteorologiya Baş İdarəsi 7 vilayətdə gözlənilən yerli tufanla əlaqədar "sarı" kod xəbərdarlığı edib.
Son proqnozlara görə, günorta saatlarına qədər; Bolu, Karabük, Çankırı, Ankaranın şimal və qərb rayonlarında, Əskişəhər, Afyonkarahisar və Kütahyada lokal olaraq güclü tufan gözlənilir.
Bildirilib ki, qəfil sel, daşqın, şimşək çaxması, dolu, qəfil güclü külək və qısamüddətli tufan kimi neqativ hallara və nəqliyyatın hərəkətində məhdudiyyətlər qarşı diqqətli və tədbirli olmaq lazımdır.
Məhərrəm Ağalaroğlu, “İki sahil”