Türkiyədə tur mikroavtobusu qəzaya uğrayıb.
“İki sahil” xəbər verir ki, hadisə səhər saatlarında Muğlanın Ula rayonunun Akyaka məhəlləsində baş verib.
Məlumata görə, əyləcində nasazlıq yaranan mikroavtobus əvvəlcə obyektə və avtomobilə, ardından da bir evin hasarına çırpılaraq dayanıb. Qəzada 4-ü ağır olmaqla çox sayda insan yaralanıb.
Təcili tibbi yardım heyətləri tərəfindən hadisə yerində qəzada yaralananlara ilkin tibbi yardım göstərib, təcili tibbi yardım maşınları ilə ətraf xəstəxanalara çatdırıblar.
Məhərrəm Ağalaroğlu, “İki sahil”