12 iyul 2024 17:51
1083

Siyasət(i)dar  kölgƏli Kərimli

Niyə kölgƏLİ Kərimli? Ona görə ki, adam bütün proses və hadisələri qara görür, üzərinə kölgə salmağa çalışır. Siyasət(i)dar indi də düşüb ki, bəs, Azərbaycanın BRICS-ə üzv olması Cümhuriyyətə xəyanətdir, demokratikləşməyə qarşıdır, ay daha nələr. BRICS heç də siyasi təyinatlı birlik deyil. Bu birlik əsasən iqtisadi əlaqələrə əsaslanır. Bir halda ki, dünya ölkələrinin əksəriyyəti tərəfindən bu birliyə böyük maraq var, o zaman Əli Kərimli Azərbaycanın BRICS-ə üzv olmaq açıqlamasını nə üçün qəribçilyə salmağa çalışır? 

Azərbaycan müstəqil siyasət yürüdən ölkədir və heç bir  dairə və ya dövlətin diktəsi ilə hərəkət etmir. Ölkəmiz iqtisadi-ticari münasibətlərin inkişafında və kommunikasiyaların  yaradılmasında maraqlıdır. BRICS-ə daxil olan ölkələr isə bu sahədə böyük imkanlara malikdirlər. Nə isə çox da dərinə getməyin Əli Kərimli üçün heç bir mənası yoxdur. Siyasət(i)dar perspektivləri heç bir zaman görə və qiymətləndirə bilməyib. Başqa sözlə desək, heç vaxt “qərəz çanağı”ndan çıxa bilməyib. Əli Kərimli bir vaxtlar ölkəmizin Qoşulmama Hərəkatındakı fəaliyyətinə  də kölgə salır, Hərəkat ölkələrini “çırtdan”, “geriqalımış” və sair formada məsxərəyə qoymağa çalışrdı. Zaman gəldi, Qoşulmama Hərəkatı Azərbaycanın haqq işinin diplomatik müstəvidə qələbə qazanmasına ciddi dəstək oldu.  İndi də BRICS haqqında sərsəm fikirlər səsləndirir.  Bir siyasətçinin ki, nümunəsi, etalonu Ermənistan ola! Adam yenə də Ermənistanı nümunə çəkir ki, bəs Aİ-na inteqrasiya edir, Qərbə meyllənir, ABŞ-a sığınır. İddia edir ki, bununla da Ermənistan inkişaf edəcək. Aİ, ABŞ hansı ölkənin inkişafına hansı töhfəni verib, deyə Əli Kərimlidən soruşmaq lazımdır. Olmaya, ABŞ-ın, Aİ-nin “dəstək” verdiyi Ukraynanın “inkişaf model”ini nəzərdə tutur?!

Olsun ki, Əli Kərimli BRICS haqqında çox da məlumatlı deyil və internetdə axtarış verəndə də BRICS abreviaturasını səsləndirdiyi kimi “bricks” formasında yazıb. Tərslikdən bu söz də ingilis dilində mövcuddur və “kərpiclər” mənasını verir. Onun üçün adam ələşəni-küləşənə qarışdırıb.

Anar Şahmurad,

İctimai-siyasi fəal