12 iyul 2024 15:04
552

Tünzalə Ağayeva “İnklüziv ayı” layihəsinin bağlanış mərasimində - VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST” Agentliyi tərəfindən “Könüllü DOST” proqramının 5 illiyinə həsr olunan “İnklüzivlik ayı” layihəsinin bağlanış mərasimi keçirilib. 

“İki sahil” xəbər verir ki,  tədbirdə ictimaiyyət nümayəndələri, tanınmışlar və jurnalistlər iştirak edib. Qonaqlar arasında həmçinin Xalq artisti Tünzalə Ağayeva da yer alıb. 

Tədbirdə pop ulduz “Mavi ürəklər” autizmli gənclərin xor qrupunun müşayiəti ilə “Fərqliyəm, sizdən biriyəm” mahnısını səsləndirib. Onu da xüsusi olaraq vurğulayaq ki, “Fərqliyəm” mahnısı Tünzalə Ağayevanın autizmlı və digər fərqli məhdudiyyətlə yaşayan insanlara həsr etdiyi himndir. Mahnının sözləri Murad Arifə, musiqisi isə Xalq artistinin özünə məxsusdur. 

Xalq artisti fikirlərini şəxsi “İnstagram” hesabında bölüşüb: “Autizm və daun sindromlu vətəndaşların cəmiyyətin müxtəlif sahələrində işləməsi öncə özlərinə, eyni zamanda cəmiyyətə lazımdır. Dövrümüzün və daha da gələcəyin texnologiyasına məhz Autizmlilər yön verməkdədirlər, onlar həmişə üstün zəkadırlar”.

Qeyd edək ki, “İnklüzivlik ayı” layihəsinin əsas məqsədi autizm və Daun sindromlu gənclərin, eləcə də görmə qabiliyyəti məhdud şəxslərin cəmiyyətə inteqrasiyası, onların asudə vaxtlarının səmərəli keçirilməsi və korporativ sosial məsuliyyətlilik çərçivəsində dövlət və özəl təşkilatlarla əlaqələrin inkişaf etdirilməsindən ibarətdir.