10 iyul 2024 00:56
1028

AVRO-2024: İspaniya Fransanı məğlub edərək çempionatın ilk finalçısı olub YENİLƏNİB

Futbol üzrə Avropa çempionatının yarımfinal mərhələsi çərçivəsində İspaniya və Fransa milli komandaları üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada ispanlar rəqiblərini üstələməyi bacarıb - 2:1.

Oyunda hesabı 8-ci dəqiqədə fransalı Kolo Muani açıb. Qarşılaşmanın 21-ci dəqiqəsində Lamin Yamal baxımlı qola imza ataraq tarazlığı bərpa edib.

Dörd dəqiqə sonra isə Dani Olmo komandasına qələbə qazandıran qolu vurub. Bununla da İspaniya milli komandası Avropa çempionatının final mərhələsinə yüksəlib.

Qeyd edək ki, İspaniya millisi finalda İngiltərə-Niderland cütlüyünün qalibi ilə qarşılaşacaq.

***

Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn İspaniya və Fransa yığmaları arasındakı oyunda ikinci hissə başlayıb.

***

Münhendəki “Alyans Arena"da ispanlar hesabda önə çıxıb - 2:1.

Fransa yığmasının heyətində 25-ci dəqiqədə Jül Kunde avtoqol müəllifi olub.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşündə növbəti qol vurulub.

“İki sahil” xəbər verir ki, Münhendəki “Alyans Arena"da ispanlar hesabı bərabərləşdirib.

21-ci dəqiqədə Lamin Yamal fərqlənib.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşündə hesab açılıb.

“İki sahil” xəbər verir ki, Münhendəki “Alyans Arena"da fransızlar hesabda önə çıxıb.

9-cu dəqiqədə Kolo Muani adını tabloya yazdırıb.