09 iyul 2024 13:28
382

Kuman: Yarımfinala yüksəlmək üçün çox əziyyət çəkdik

Niderland millisinin baş məşqçisi Ronald Kuman komandasının Avro-2024-ün yarımfinala yüksəlməsindən danışıb.

"İki sahil" UEFA-nın saytına istinadən xəbər verir ki, o deyib : “Bu, bütün ölkə üçün xüsusi bir hadisədir. Biz kiçik ölkəyik və İngiltərə, Fransa və İspaniya ilə yarımfinaldayıq. Bununla fəxr edirik. Biz çox əziyyət çəkdik, lakin yarımfinalda oynamaq şansı əldə etmək böyük uğurdur”.

Niderland yarımfinalda İngiltərə ilə qarşılaşacaq. Oyun iyulun 10-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.