Azərbaycanı dağ xizəyində U14 kateqoriyası üzrə təmsil edən idmançımız Chanelle Axelsson Norveçdə keçirilən “Skistar Winter Games” adlı beynəlxalq xizək yarışında iştirak edib.
“İki sahil” xəbər verir ki, xizəkçimiz yarışın slalom növündə 12 ölkədən olan 80 idmançı arasında mübarizə apararaq 4-cü yerə sahib olub.