08 iyul 2024 17:54
431

Türkiyənin iki bölgəsində meşə yanğını başlayıb

Türkiyənin Muğla şəhərinin Kırkağaç rayonunda meşə yanır.

“İki sahil” xəbər verir ki, bu barədə “Türkiyə” mətbuatı məlumat yayıb.

Bildirilib ki, yanğının söndürülməsinə 4 təyyarə, 4 helikopter, 15 su tankeri, 7 su təchizatı çəni və 1 dozer cəlb olunub.

Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.

Həmçinin Manisa şəhərində də meşə yanır. Oradakı yanğının söndürülməsi istiqamətində də işlər davam edir.

Yanğınların səbəbi hələ məlum deyil.