08 iyul 2024 17:45
445

Ukrayna Rusiya ilə danışıqlarda vasitəçi qismində Aİ, Çin və ABŞ-ni görür

Aİ, Çin və ABŞ Ukrayna və Rusiya arasında sülh danışıqlarında vasitəçi ola bilər, çünki onların güclü iqtisadiyyatları və orduları var.

“İki sahil” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Varşavada Polşanın Baş naziri Donald Tuskla keçirdiyi mətbuat konfransında deyib.