“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub.
“İki sahil” xəbər verir ki, "ağ-qaralar"ın mətbuat xidmətindən verilən məlumata görə, litvalı Saulius Sekanaviçyus köməkçi məşqçi, italiyalı Ciordano Domeniko fiziki hazırlıq üzrə məşqçi, belaruslu Aleksandr Ajintsov isə məşqçi-reabilitoloq vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, bunadək məşqçilər korpusunda yer alan Sənan Qurbanov və qapıçılar üzrə məşqçi Emil Babayev də baş məşqçi Roman Qriqorçukun köməkçilərindən olacaq.