NATO ölkələrinin effektiv müdafiəsi üzrə yeni plana əsasən sayı 50-yə qədər olacaq yeni briqadanın formalaşması tələb olunur.
“İki sahil” “Reuters“ə istinadla xəbər verir ki, bununla bağlı planları alyansdakı hərbi mənbələr mətbuata sızdırıb.
NATO ölkələrinin Rusiyanı əsas təhlükə kimi görməklə bağlı strategiyasında hər hansı dəyişiklik yoxdur.
O da bildirilib ki, hazırda NATO daxilindəki ekspertlər Rusiyadan yönələ biləcək təhlükəyə daha ciddi yanaşmaq məsələsini nəzərdən keçirir. Bunu nəzərə alaraq Almaniya hökuməti hava hücumundan müdafiə potensialını 4 dəfə artırmaqla bağlı qərar qəbul edib. (APA)