08 iyul 2024 16:04
467

"Neftçi" Türkiyədə dörd yoxlama oyunu keçirəcək

"Neftçi" bu gün Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışına start verib.

Klubun mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, komanda qardaş ölkədə dörd yoxlama oyunu keçirməyi planlaşdırır.

Qeyd edək ki, Ərzurumdakı toplanış iyulun 26-da başa çatacaq. Hazırlıq prosesinin ilk mərhələsi Bakıda gerçəkləşib.