08 iyul 2024 15:49
415

"Çelsi" futbolçusunu "Lester"ə satdı

"Çelsi"nin futbolçusu Maykl Qoldinq "Lester"ə keçib.

“İki sahil” xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xdiməti məlumat yayıb.

"Lester" 18 yaşlı yarımmüdafiəçinin keçidi üçün "Çelsi"yə 5 milyon avro ödəyib.

Qeyd edək ki, London klubunun yetirməsi olan futbolçu İngiltərənin aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edib.