08 iyul 2024 14:07
370

Peskovdan Hakan Fidanın təklifinə CAVAB

Hazırda Ukraynada vəziyyətin həlli üçün platforma yoxdur.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.  

O, bunu Kremlin Türkiyənin xarici işlər naziri Hakan Fidanın təklif etdiyi “sülh platforması” imkanlarına münasibəti ilə bağlı sualı cavablandırarkən deyib.

“Hələ belə bir platforma yoxdur, amma burada biz ancaq cənab Fidanla razılaşa bilərik. Doğrudan da, belə bir platforma olsaydı, çox yaxşı olardı”, - deyə o qeyd edib.

Bundan əvvəl Çin lideri Si Çinpin Macarıstanın baş naziri Viktor Orbanla görüşündə beynəlxalq ictimaiyyəti Ukrayna böhranının həlli üçün danışıqların bərpası üçün şərait yaratmağa çağırıb.