Masallı rayonundan olan güləşçimiz Ruzanna Məmmədovanı deyirəm. O, Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionu titulu uğrunda mübarizədən qalib ayrılaraq öz xalqına böyük seviş yaşatdı. Belə ki, güləşçimiz doğma Azərbaycanı qatıldığı yarışda layiqincə təmsil edib. 59 kiloqram çəki dərəcəsində sərbəst güləş üzrə döyüşlərdə bütün rəqiblərdən üstün olub. O, finalda rusiyalı Yelena Kurovaya ilə üz-üzə gəlib. Tatami üstünə böyük inamla çıxan güləşçimiz rusiyalı idmançına 14:10 hesabı ilə qalib gələrək U-20 Avropa çempionatın fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medalla doğma Vətəninə qayıdır. Onu da deyim ki, indi 18 yaşlı idmançının belə sevindirici qələbələri çoxdur.
Məlum olsun ki, Ruzanna Səxavət qızı 22 iyun 2006-cı ildə Masallı rayonu, Mişkəmi kəndində dünyaya göz açıb. Lap kiçik yaşlardan idmana maraq göstərən qız Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsindəki 76 saylı tam orta məktəbində təhsil alıb. 2012-ci ildə elə burada fəaliyyət göstərən Olimpiya İdman kompleksində sərbəst güləş üzrə məşqlərə başlayıb. Artıq dünyada yaxşı idmançı kimi tanınan Ruzanna Məmmədova Azərbaycan Güləş Federasiyasının qadınlardan ibarət milli yığma komandasının üzvüdür. Qazanılan bütün uğurlarına görə isə özünü öz xalqına borclu sayır. Deyir ki, müdriklər beşiyi, igidlər diyarı olan belə bir ölkənin vətəndaşı olmaq böyük xoşbəxtlikdir. Qazandığım qələbələrlə dami onun adını uca tutacağam.
Bəli, qalib bir ölkənin vətəndaşı məhz Ruzanna kimi olmalıdır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü