Cənubi Koreya lideri Yun Seok-yeol hesab edir ki, Moskva öz maraqları üçün hansı tərəfin - Seulun, yoxsa Pxenyanın daha vacib olduğuna qərar verməlidir.
“İki sahil” xəbər verir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb.
"Ümid edirəm ki, Rusiya öz maraqları üçün hansı tərəfin - Cənub və ya Şimal - daha vacib və zəruri olduğuna ağıllı şəkildə qərar verəcək"- deyə, o, bildirib.
Eyni zamanda o, KXDR-in beynəlxalq ictimaiyyət üçün açıq təhlükə olduğunu vurğulayıb.
Cənubi Koreya prezidenti həmçinin əmindir ki, Moskva və Pxenyan arasında hərbi əməkdaşlıq Koreya yarımadasında, eləcə də Avropada sülh və təhlükəsizliyə ciddi problemdir.