08 iyul 2024 10:23
428

Hindistanın baş naziri Moskvaya gedir

Bu gün Hindistanın baş naziri Narendra Modi Moskvaya iki günlük rəsmi səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, hökumət başçısının Rusiya paytaxtına Moskva vaxtı ilə təxminən saat 14:50-də gedəcəyi gözlənilir.

Modi Vladimir Putini

dostu adlandırdı

Hindistanın baş naziri yola düşməzdən əvvəl Rusiya prezidenti Vladimir Putinlə görüşü səbirsizliklə gözlədiyini deyərək, onu dost adlandırıb.

Modi 22-ci illik Hindistan-Rusiya sammitində iştirak edəcək.

O qeyd edib ki, Hindistan və Rusiya Federasiyası arasında xüsusi imtiyazlı strateji tərəfdaşlıq son 10 ildə, o cümlədən enerji, təhlükəsizlik, ticarət, investisiya, səhiyyə, təhsil, mədəniyyət, turizm və insanlar arasında mübadilə sahələrində inkişaf edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”