Rusiyada son 24 saat ərzində su anbarlarında 50-dən çox insan həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Son 24 saat ərzində ölkənin su obyektlərində 60 hadisə qeydə alınıb ki, bu da 7-si uşaq olmaqla 52 nəfərin ölümünə səbəb olub”.
Rusiya Fövqəladə Hallar Nazirliyi xatırladır ki, uşaqlar su anbarlarında nəzarətsiz qalmamalı, naməlum yerdə suya girməməli, şamandıra və hasarların arxasında üzməməli, üzməyi qadağan edən nişanlara əhəmiyyət verməlidir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”